Hörmətli oxucularımız, abunələrimiz və saytımızın istifadəçiləri !
Hər biriniz Explorer jurnalının ikinci sayını yəni, mart ayı üçün nəzərdə tutulmuş sayını gözləməkdəsiniz. Birinci sayımızın ayın sonunda çıxması bir sıra tənqidlərlə qarşılaşdı. Eyni zamanda mart ayının son hərtəsində çıxarılması planlaşdırılan ikinci sayımız Novruz bayramına təsadüf etdi. Bildiyiniz kimi bu bayram ərəfəsində bir çox qurumlar, eləcə də mətbəələr tətildə oldu.
Uzun sözün qısası istər jurnalımızın ayın sonunda çıxarılmasına qarşı olan tənqidləri, istərsə də uzun müddətli tətilin jurnalımızın nəşrində problem ola biləcəyini nəzərə alaraq heyətimiz ikinci sayını aprel ayının ilk həftəsində öz oxucularına təqdim etməyi qərara alıb. Aprel sayımız artıq nəşrə verilib.
Abunələrin nəzərinə çatdırmaq istəyirik ki, bu onların ödədikləri məbləğ etibarilə əldə edəcəkləri jurnalın sayında bir dəyişiklik etmir. Sadəcə olaraq ikinci sayımızı aprel ayında əldə edəcəklər.
Bu gecikməyə görə hər bir oxucumuzdan və abunəmizdən ayrı-ayrılıqda üzr istəyir, bizə qarşı anlayışlı olacaqlarına ümid etdiyimizi bildiririk.
Hörmətlə, Explorer jurnalının heyəti
Çox önəmli xəbər !
Açar sözlər:
Baxış sayı: 113
