18 Mart 2008 tarixində jurnalımız barədə Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin saytında xəbər dərc olunmuşdur. Dərc olunmuş xəbəri sizə təqdim edirik: İKT sahəsində Azərbaycan dilində yeni jurnal işıq üzü görüb
"Bakıda informasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycan dilində «Explorer» adlı yeni jurnal buraxılıb.
Əsasən gənclərin İKT sahəsində maarifləndirilməsi üçün nəzərdə tutulmuş bu jurnalda yerləşdirilən məlumatların əksəriyyəti öyrədici xarakter daşıyır. Jurnalla birgə alıcıya əlavə olaraq şəkil, video, proqram və kiçik oyunlu CD-disk hədiyyə olunur. İlk nömrəsi 1000 ədəd tirajı ilə buraxılan jurnalın qiyməti 3 manat təşkil edir.
"
Xəbərin davamında saytın ekran görüntüsü var.

