Reklam verin!
Yuma Ailə Jurnalı

Windows Vista

http://www.guimods.com/wp-content/uploads/windows_vista_ultimate_icon.jpg

 

Windows Vista,şəxsi kompyuterlər üçün dizayn edilmiş Microsoft şirkətinin ən son əməliyyat sistemidir.

 

Davamında Daha Ətraflı 


Windows Vista,şəxsi kompyuterlər üçün dizayn edilmiş Microsoft şirkətinin ən son əməliyyat sistemidir. 22 iyul 2005-ci ildə əsl adı bilinmədən əvvəl Longhorn kod adı ilə tanınırdı. Windows Vista 30 Yanvar 2007-ci ildə dünya miqyasında bazara çıxarılmışdır. Windows Vista, şəxsi kompyuterlərdə, dizüstü kompyuterlərdə və media center PC(Personal Computer-Şəxsi Kompyuter) də işlədilən Microsoft Windows adlı qrafiki əməliyyat sistemi seriyasının ən son məhsuludur. Windows XP'nin çıxışından sonraki bu beş illik ara, əsas Windows versiyalarının çıxışı arasındaki ən uzun zaman aralığıdır. Windows Vista, Windows XP'nin üzərinə qurulmuşdur.
Microsoft'a görə Windows Vista, yenilənmiş qrafiki istifadəçi interfeysi və Windows Aero adlı tema(mövzu) başda olmaqla, dəyişdirilmiş axtarış xüsusiyyətləri, Windows DVD Maker kimi yeni çoxlu mühit meydana gətirmə vasitələri və yenidən hazırlanmış şəbəkə, səs, yazdırma və görüntüləmə alt sistemləri ehtiva etməkdədir. Vista ayrıca peer-to-peer(eynihüquqlu qovşaqların birləşdirilməsi) texnologiyası sayəsində bir ev şəbəkəsindəki maşınlar arasında əlaqə səviyyəsiçi arttıraraq komyuterlər və cihazlar arasında sənəd və rəqəmsal media paylaşımını asandlaşdırmağı hədəfləməkdədir. Vista, inkişaf etdiricilər üçün ənənəvi Windows API'yi işlədərək proqram yazmağı asandlaşdırmağı hədəfləməyən .NET Damı 'nın 3.0 versiyasını təqdim etməkdədir.

Buna baxmayaraq, Microsoft'un Vista üçün təyin etdiyiilk hədəf, Windows əməliyyat sisteminin təhlükəsizlik divarını artırmaq olmuşdur. Windows XP'nin 9 və əvvəlkilərinin ən çox tənqid olunan yanı təhlükəsizlik açıqları və zərərli proqramlara, viruslara və bufer yaddaş kartlarına qarşı zəif olmasıydu. Vista ilə təhlükəsizlik adına ilərləyiş etdiyi müdafiə olunur ancaq McAfee firmasının 14/05/2007 tarixinde etdiyi böyük təhlükəsizlik testi əməmliyyat sisteminin nə qədər təhlükəsiz olduğu mövzusunda istifadəçiləri şübhəyə salır.Vista'nın təhlükəsizlik testinden aldığı bal 100 üzərindən sadəcə 63-dür.
Son istifadəçilər üçün gətirdiyi yeniliklər
Windows Aero- Windows'un yeni qrafiki istifadəçi interfeysi olan Aero, pəncərə kənarlarında yarı şəffaf bir görünüş təmin edir.
Windows Toolbar- Windows XP-dəkindən fərqli olaraq Windows Səyahətçisi üstündəki vəzifə paneli götürülüb, vəzifələr alət çubuğuna inteqrasiya edilmiştir. Vəzifə Panelinin yerini "Tez-Tez işlədilən bağlantılar" paneli almıştır. Ekranın sol alt küncündəki başla(START) yazısı yerini mavi bir dairə içərisindəki Windows loqosuna vermişdir.
Dərhal Axtarış- Başlat Menyusunda və Windows'dakı hər qovluqda olan axtarış qutuları sayəsində kompyuterdəki sənəd və proqramlara çatmaq əvvəliksinə nisbətən daha tez və asandır.
Windows Kənar Çubuğu- Ekranın hər hansı bir tərəfinə yerləşdiriləbilən və Gadgets adı ilə bilinən kiçik proqramlar yer almaqdadır.
Internet Explorer 7 Internet Explorer 6'nın yerini almışdır. Anti-Phishing(Anti-Saxtakarlıq) filtrinə sahibdir. Ayrıca Internet Explorer 7 Vista'da fərz edilən olaraq istifadəçidən icazəsiz heç bir iş edilməsinə izin verməyən təhlükəsiz mod açıq olaraq gəlir.
Windows Media Player 11 Windows Aero uyğun yeni interfeys, axtarış qutusu, XBOX 360 və digər “Media Center Extender” lər üçün dəstək verir.
Ehtiyatlaşdırma və Geri Yükləmə Mərkəzi
Windows Mail Outlook Express'in yerini almışdır. Ani axtarış qutusu və IE 7 kimi Anti-Phising filtri mövcuddur.
Windows Təqvim-Yeni bir təqvim proqramı.
Windows Foto Qalereyası- Windows Şəkil və Faks Göstəricisi'nin yerini almışdır.
Windows DVD Maker- Windows Movie Maker'a yardımcı olaraq gələn bu proqram istifadəçilərin video DVDləri hazırlamasına imkan verir.
Windows Media Center daha əvvəl XP Media Center Edition ilə gələn xüsusiyyətləri ehtiva etməkdədir, Home Premium və Ultimate versiyasıyla gəlməkdədir.
Oyunlar və Oyun Səyahətçisi
Windows Mobility Center mobil kompyuterlərin əsas tənzimlənmələrini tək bir mərkəzdə toplayan proqramdır.
Windows İclas Bölgəsi
Kölgə Kopyalar- Hər hansı bir sənədə edilən dəyişiklikləri göstərmə və bunları geri alma imkanı verir.
Windows Update
Valideyn Yoxlamaları
Windows SideShow –Kompyuter bağlı olsa da məktubları oxuma imkanı verir
Problem raportları və həlləri
Windows Vista sistem tələbləri:
CPU 800 MHz/1 GHz
RAM 512 Mb/1 Gb
VGA DirectX 9 uyğun,256 Mb
Sərt disk 20 Gb(boş 15 Gb)
Sürücülər DVD/CD-ROM

Windows 7 (rəsmi kod adı Blackcomb, sonrasında Vienna) Microsoft Windows əməliyyat sisteminin gələcəak versiyasıdır. Windows Vista'nın yerini alması gözlənilir.Əməliyyat sisteminin 2010-da çıxacağı gözlənilir.Əslində yeni sistemin çıxması haqqında mübahisələr çoxdan var idi amma o vaxt Vista göz önündə olduğu üçün Vienna-ya fikir verilmirdi.
Əvvəllər Blackcomb kod adını daşıyan yeni Windows daha sonra Vienna olaraq adlandırılmışdı. Microsoft'un seçdiyi son ad isə Windows 7-dir.
Əslində Vienna XP-nin xələfi və görkəmli Windows “taxt-tac”ının varisi idi.Vista isə bu ikisinin arasında keçid xarakter daşımalıydı.
Yenə də ən yeni versiya Vistadır və istifadəçilərin çoxu sistemlərini dəyişmir.Vistanın bir neçə versiyası var:
1.Home Premium
2.Business
3.Ultimate
4.Basic

Açar sözlər: windows vista 
Baxış sayı: 133


1
vuqar yazıb:

necesen

Avqust 14, 2008 21:47

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha