
Msn-də Sizin Kim Blogcuk Edib Onu Yalnız Davamında Öyrənin.
MSN-də kim tərəfindən block edildiyini öyrənmək çoxunun arzusudur.Bunu öyrənmək üçün hərkəs müxtəlif yollara baş vurur.Bu tələbi bir fürsət bilən edən bəzi saytlar,sizi block edənləri görə biləcəyinizi vəd edən saytlar açırlar.Belə saytlar əsasən "Kim offline dır?" vəya "Sizi kim block edib?" devizi ilə fəaliyyət göstərirlər.Əsas məqsədləri isə,istifadəçilərin avamlığından istifadə edərək,onların şifrələrini ələ keçirməkdir.Hətta bununla kifayətlənmirlər.Bir robot düzəldirlər.Həmin robot,şifrəsi ələ keçirilmiş istifadəçinin adından MSN ə girib, həmin istifadəçinin dostlarına öz qondarma saytlarını reklam edirlər.BU reklam,mail vasitəsi ilə də yayılır.Belə saytlar,son 1-2 ay ərzində artmağa başladı.Və mənə dostlarımın msn indən gələn dəvətlərə baxanda,görürəmki işləri yağ kimi gedir :).
Belə saytlara aldanmayın.Bu saytlar sizin şifrənizi ələ keçirib,baş bəlası olmaqdan başqa heç bir işə yaramır.
Azərbaycan dilində də belə bir sayt açılıb. www.engelgor.com Bu sayta girib,qondarma bir mail və şifrə yazsanız da, eyni mətni sizə göstərəcək.Bu pulsuz xidmәtimizdә MSN-dәn kimin sizi әngәllәdiyini vә ya sildiyini görә bilәrsiniz..
Pulsuz xidmət. :) Tələyə salırlar bir də pulsuzdur deyib minnət yeri qoyurlar.
Belə tipdə saytlar yalnız MSN mövzusunda olmurlar.Bir çox mövzuda,yalan vədlərlə sizi aldada bilərlər.
Aldanmamaq üçün,mənim çox istifadə etdiyim sadə bir metodu deyim sizə.
Belə saytlarda, əvvəlcə saxta mail və şifrə yazıb yoxlayın.Əgər Şifrə səhvdir xətası vermirsə, bu saytın qondarma olduğuna 100% əmin ola bilərsiniz.Əgər şifrə səhvdir xətası verirsə,yenə də ehtiyyatlı olmağı məsləhət görürəm.Yaxşı programçı üçün,şifrə yoxlamaq scriptini yazmaq çətin deyil.
Əgər,"Məni kimin block etdiyini bilmək istəyirəm" deyirsinizsə, Bizim EXPLORER jurnalının Mart sayısını mütləq alın. :) Jurnalımızın bu yaxınlarda,nəşr olunacaq sayısında,təhlükəsiz bir şəkildə,sizi kimlərin block etdiyini tapmağı öyrədəcəyik.Və MSN haqqında bilmədiyiniz bir neçə məlumat da əlavə olunub.

BU MƏLUMAT MƏNƏ ÇOX VACİB İDİ
May 2, 2008 17:19