
Xakker Kimdir?
Müasir zamanda texnologiyanın çox sürətlə inkişaf etməsi, xüsusilə də kompüter texnologiyalarına olan tələbat, qlobal şəbəkələr və s. təhlükəsizliyin önəmini artırır. Sözsüz ki, qanunlar varsa bunları pozanlar da var. Kompüter sistemlərinə ən yaxşı bələd olan insanlara müasir terminologiyada xaker deyirlər. Hər halda yaxın ətrafımızda özünü xaker adlandıran insanlar görmüşük. Görəsən həmin insanlar nə qədər xakerdirlər? Yaxud, həqiqətən xakerdirlərmi? Bəs lamer kimdir? Mediada və mətbuatda tez-tez xakerlərin həbs olunduğunu izləyirik, eşidirik yaxud da oxuyuruq. Bəs görəsən həqiqətənmi xaker qanun pozan insanlara deyilir? Yoxsa xaker təhlükəsizliyin təminatçısıdırmı? Yeni xaker mədəniyyətlərinə bələdsinizmi? Xakerə ehtiyac var yoxsa xakerin olmamasına? Xaker olmaq üçün hansı bilgi və təcrübələrə sahib olmaq şərtdir? Hər şifrə oğurlayan xakerdirmi? Azərbaycanın da xakerləri varmı? Azərbaycanda buna tələb varmı? bu və digər suallarınızın cavabı və bir çox ətraflı məlumat Explorer jurnalının aprel sayında sizin qarşınızda olacaq. Explorer oxuyun ki siz də qazananlardan olun!
