Reklam verin!

2ci sayımız artıq satışda

 

explorer 2 uz qapağı

 

Jurnalımızın ikinci sayısı artıq satışa hazırdır :)
Sabah inşAllah,Qafqaz universitetində jurnalın 2ci sayısının tanıtımı keçiriləcək.
Daha sonra isə satışa veriləcəkdir.
Abunələrimizin çoxu artıq jurnalla tanış olmuşdur.
Tutduğumuz yolla davam edirik.Bu sayımızda da əsas öyrədici məlumatlardır.
Davamınını oxuyun....
Davamı...

Açar sözlər:
Baxış sayı: 150

Explorer, Xəzər TV-də

Xəbərlər   Komandamızın fəaliyyəti çoxlarının diqqətini cəlb etməkdədir.Və əsasən də gənclər tərəfindən dəstəklənir.

 

 

 

 

 Komandamızın fəaliyyəti Xəzər TV əməkdaşlarının da diqqətini cəlb etdi və xəbərlər programında, Explorer jurnalı haqqında məlumat verdilər. Videoya baxmaq üçün aşağıdakı keçidi istifadə edə bilərsiniz.

http://www.youtube.com/watch?v=l9RnGyWdv4E

 Bizə dəstək olan hərbir kəsə təşəkkürümüzü bildiririk.

 

Açar sözlər:
Baxış sayı: 124

Çox önəmli xəbər !

Hörmətli oxucularımız, abunələrimiz və saytımızın istifadəçiləri !

Hər biriniz Explorer jurnalının ikinci sayını yəni, mart ayı üçün nəzərdə tutulmuş sayını gözləməkdəsiniz. Birinci sayımızın ayın sonunda çıxması bir sıra tənqidlərlə qarşılaşdı. Eyni zamanda mart ayının son hərtəsində çıxarılması planlaşdırılan ikinci sayımız Novruz bayramına təsadüf etdi. Bildiyiniz kimi bu bayram ərəfəsində bir çox qurumlar, eləcə də mətbəələr tətildə oldu.

Uzun sözün qısası istər jurnalımızın ayın sonunda çıxarılmasına qarşı olan tənqidləri, istərsə də uzun müddətli tətilin jurnalımızın nəşrində problem ola biləcəyini nəzərə alaraq heyətimiz ikinci sayını aprel ayının ilk həftəsində öz oxucularına təqdim etməyi qərara alıb. Aprel sayımız artıq nəşrə verilib.

Abunələrin nəzərinə çatdırmaq istəyirik ki, bu onların ödədikləri məbləğ etibarilə əldə edəcəkləri jurnalın sayında bir dəyişiklik etmir. Sadəcə olaraq ikinci sayımızı aprel ayında əldə edəcəklər.

Bu gecikməyə görə hər bir oxucumuzdan və abunəmizdən ayrı-ayrılıqda üzr istəyir, bizə qarşı anlayışlı olacaqlarına ümid etdiyimizi bildiririk.

Hörmətlə, Explorer jurnalının heyəti

Açar sözlər:
Baxış sayı: 113

Dövlət strukturlarının jurnalımıza göstərdikləri maraq

Xəbərlər    18 Mart 2008 tarixində jurnalımız barədə Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin saytında xəbər dərc olunmuşdur. Dərc olunmuş xəbəri sizə təqdim edirik:

İKT sahəsində Azərbaycan dilində yeni jurnal işıq üzü görüb
"Bakıda informasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycan dilində «Explorer» adlı yeni jurnal buraxılıb.
Əsasən gənclərin İKT sahəsində maarifləndirilməsi üçün nəzərdə tutulmuş bu jurnalda yerləşdirilən məlumatların əksəriyyəti öyrədici xarakter daşıyır. Jurnalla birgə alıcıya əlavə olaraq şəkil, video, proqram və kiçik oyunlu CD-disk hədiyyə olunur. İlk nömrəsi 1000 ədəd tirajı ilə buraxılan jurnalın qiyməti 3 manat təşkil edir.
"
Xəbərin davamında saytın ekran görüntüsü var.
Davamı...

Açar sözlər: dövlət strukturlarının jurnalımıza göstərdikləri maraq 
Baxış sayı: 125

Məqalə yarışına start verildi !!!

Dəyərli oxucularımız və saytımızın istifadəçiləri, bu gündən etibarən məqalə yarışına start verildi! Hər kəs öz məqaləsini göndərsin, öz məqaləsini jurnalımızda görsün.

EXPLORER jurnalı müddətsiz yarışma başladır. Bu yarışmaya hər kəs qatıla bilər. Jurnalımızın mövzuları ilə əlaqədar olan hər məqalə göndərilə bilər. Məqalə Azərbaycan dilində və ən az 1 səhifə A4 həcmində olmalıdır. Seçilmiş məqalələr jurnalda nəşr olunacaq. Bir ilin sonunda ən çox məqaləsi nəşr olunan oxucumuza super hədiyyə təqdim ediləcək. Məqaləni info@explorer-az.com ünvanına göndərin. Məqalənin sonunda müəllif öz adını və soyadını, ən az 3 fərqli mənbə və əlaqə üçün nömrə göstərməlidir.

Hər kəsə uğurlar... Gecikmədən başlayın!!!

Açar sözlər:
Baxış sayı: 141

Artıq forumumuz da istifadəyə verildi!

Xəbərlər   Dəyərli oxucularımız və saytımızın daimi istifadəçiləri, artıq saytımızın daxilində forum da istifadəyə verildi.

   Davamında forma daxil ola bilərsiniz!
 

Davamı...

Açar sözlər: artıq forumumuz da istifadəyə verildi 
Baxış sayı: 155

1-ci sayımız artıq satışda !

XəbərlərBildiyiniz kimi dünyanın hər yerində texnologiya ilə bağlı bir çox dillərdə jurnallar var. Bu jurnalların ən məşhurlarından olanlar Rusiyadan, Türkiyədən bizə gəlməkdədir. Təəssüflər olsun ki, bunların arasında öz dilimizdə öyrənə biləcəyimiz heç bir jurnal yoxdu.
İndi isə EXPLORER jurnalı : oxumaq qazandırır devizi ilə yola çıxıb. Azərbaycan dilində demək olar ki, yeganə texnologiya jurnalıdır. Həm də hər sayısında CD hədiyyə edir. CD daxilində şəkillər, videolar, proqramlar, kiçik oyunlar var. Çox super tasarlanmış bu jurnalın ən üstün cəhəti ondan ibarətdir ki, məlumatların əksəriyyəti öyrədici və məsləhət tipli olduğundan köhnəlmə təhlükəsi yoxdur. Bu da öz növbəsində jurnalı kiçik həcmli bir kitab səviyyəsinə gətirir.

Artıq Qafqaz universitetində stendlər keçirilir. Tələbələr cəmi 3 manat ödəməklə jurnal alırlar. Bundan əlavə əsas qeyd etmək istədiyim məsələ ondan ibarətdir ki, Azərbaycandakı bir çox jurnalların retail abunə sistemi yoxdu, ya şirkətləri abunə edirlər, ya da etmirlər. Amma Explorer jurnalı Bakı və Sumqayıt ərazisində ünvana çatdırmaq şərti ilə abunə sistemi qurur. abunələr üçün özəl endirim və kampaniyalar olacaq.

6 aylıq abunə xərci - 15 AZN (6 jurnal + 6 CD + ünvana çatdırma daxil)
12 aylıq abunə xərci - 27 AZN (12 jurnal + 12 CD + ünvana çatdırma daxil)

istəyənlər 012 418 96 71 nömrəsinə zəng edə bilərlər.
eyni zamanda info@explorer-az.com e-maili də xidmətinizdədir.

Açar sözlər:
Baxış sayı: 129


  Yazılar cəmi: 7