Reklam verin!

Məqalə yarışına start verildi !!!

Dəyərli oxucularımız və saytımızın istifadəçiləri, bu gündən etibarən məqalə yarışına start verildi! Hər kəs öz məqaləsini göndərsin, öz məqaləsini jurnalımızda görsün.

EXPLORER jurnalı müddətsiz yarışma başladır. Bu yarışmaya hər kəs qatıla bilər. Jurnalımızın mövzuları ilə əlaqədar olan hər məqalə göndərilə bilər. Məqalə Azərbaycan dilində və ən az 1 səhifə A4 həcmində olmalıdır. Seçilmiş məqalələr jurnalda nəşr olunacaq. Bir ilin sonunda ən çox məqaləsi nəşr olunan oxucumuza super hədiyyə təqdim ediləcək. Məqaləni info@explorer-az.com ünvanına göndərin. Məqalənin sonunda müəllif öz adını və soyadını, ən az 3 fərqli mənbə və əlaqə üçün nömrə göstərməlidir.

Hər kəsə uğurlar... Gecikmədən başlayın!!!

Açar sözlər:
Baxış sayı: 141

Artıq forumumuz da istifadəyə verildi!

Xəbərlər   Dəyərli oxucularımız və saytımızın daimi istifadəçiləri, artıq saytımızın daxilində forum da istifadəyə verildi.

   Davamında forma daxil ola bilərsiniz!
 

Davamı...

Açar sözlər: artıq forumumuz da istifadəyə verildi 
Baxış sayı: 155

1-ci sayımız artıq satışda !

XəbərlərBildiyiniz kimi dünyanın hər yerində texnologiya ilə bağlı bir çox dillərdə jurnallar var. Bu jurnalların ən məşhurlarından olanlar Rusiyadan, Türkiyədən bizə gəlməkdədir. Təəssüflər olsun ki, bunların arasında öz dilimizdə öyrənə biləcəyimiz heç bir jurnal yoxdu.
İndi isə EXPLORER jurnalı : oxumaq qazandırır devizi ilə yola çıxıb. Azərbaycan dilində demək olar ki, yeganə texnologiya jurnalıdır. Həm də hər sayısında CD hədiyyə edir. CD daxilində şəkillər, videolar, proqramlar, kiçik oyunlar var. Çox super tasarlanmış bu jurnalın ən üstün cəhəti ondan ibarətdir ki, məlumatların əksəriyyəti öyrədici və məsləhət tipli olduğundan köhnəlmə təhlükəsi yoxdur. Bu da öz növbəsində jurnalı kiçik həcmli bir kitab səviyyəsinə gətirir.

Artıq Qafqaz universitetində stendlər keçirilir. Tələbələr cəmi 3 manat ödəməklə jurnal alırlar. Bundan əlavə əsas qeyd etmək istədiyim məsələ ondan ibarətdir ki, Azərbaycandakı bir çox jurnalların retail abunə sistemi yoxdu, ya şirkətləri abunə edirlər, ya da etmirlər. Amma Explorer jurnalı Bakı və Sumqayıt ərazisində ünvana çatdırmaq şərti ilə abunə sistemi qurur. abunələr üçün özəl endirim və kampaniyalar olacaq.

6 aylıq abunə xərci - 15 AZN (6 jurnal + 6 CD + ünvana çatdırma daxil)
12 aylıq abunə xərci - 27 AZN (12 jurnal + 12 CD + ünvana çatdırma daxil)

istəyənlər 012 418 96 71 nömrəsinə zəng edə bilərlər.
eyni zamanda info@explorer-az.com e-maili də xidmətinizdədir.

Açar sözlər:
Baxış sayı: 129


« Əvvəlki səhifə   Yazılar cəmi: 13